...

6 ayda Naxçıanda tikinti sahəsinə 55 mln manatlıq investisiya qoyulub

Siyasət Materials 4 Avqust 2006 18:30 (UTC +04:00)

İlin birinci yarısında Naxçıvan MR-in bütün maliyyə mənbələri hesabına tikinti obyektlərində 55 mln manat investisiyadan istifadə edilib. Bu, ötən ilin müvaffiq dövrü ilə müqaisədə 6,4 % artım deməkdər.

MR Dövlət Statistika Komitəsində verilən məlumata görə, bu ilin 6 ayında 69 obyektin tikintisi, 48-nin əsaslı, 18-nin carı təmiri davam etdirilib. 40 obyektin tikintisi,52-nin əsaslı, 16-nın isə carı təmiri başa çatdırılıb. Bu ilin yarısında Diaqnostika Mərkəzinin binası, Dövlət Universitetinin ərazisində "İdman Kompleksi"nin tikintisi davam etdirilir. Avtomobil yollarında 1 mln 928 min manatlıq təmir və bərpa işləri yerinə yetirilib. Əhalinin şəxsi vəsaiti hesabına 19.834 kvadrat metr yaşayış evi tikilib.

Xəbər lenti

Xəbər lenti