Buxarest şəhər ikinci sektorunun müdiri Fəxri Xiyabanda olub
Rumıniyanın paytaxtı Buxarest şəhərinin ikinci sektorunun müdiri Nikolaye Ontsanu Bakıda səfərdədir. Trend in məlumatına görə, Nikolaye Ontsanu hakim Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə gəlib.
Rumın nümayəndə heyəti avqustun 7-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Qonaqlar eks-prezident H.Əliyevin məzarı önünə gül-çiçək dəstələri qoyub, onun xatirəsini yad ediblər. Fəxri Xiyabandan sonra qonaqlar Heydər Əliyev Fonduna yola düşüblər.