...

Müsavat Partiyasının 22 üzvü Müasir Müsavata keçib

Siyasət Materials 8 Avqust 2006 14:37 (UTC +04:00)

Müsavat Partiyasının 22 üzvü Müasir Müsavat Partiyasına transfer olunub. Bu barədə Trend ə Müasir Müsavat Partiyası (MMP) mətbuat xidmətindən bildiriblər.

O da qeyd olunub ki, sabiq müsavatçılar Müsavat Partiyasının sədri İsa Qəmbərin partiyada apardığı islahatlara etiraz ediblər. Partiya sıralarından çıxmaları ilə bağlı verdikləri bəyanatda sabiq müsavatçılar müxalifət düşərgəsində birliyin olmadığını əsas götürüblər. MMP mətbuat xidmətindən onu da bildiriblər ki, bu partiyaya üzv olmaq üçün müraciət edən sabiq müsavatçılar Müsavat Partiyasından növbəti axının olacağını da vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti