...

Tarif şurası şəhər nəqliyyatı sahəsində keyfiyyətsiz xidmət göstərilməsi məsələsinə baxacaq

Siyasət Materials 10 Avqust 2006 13:44 (UTC +04:00)

Bakı sakinlərinə xidmət edən avtobus və marşrut taksilərinin göstərdiyi xidmət lazımi standartlara uyğun deyil. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev avqustun 10-da jurnalistlərə verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, bu məsələ gələn həftə Tarif şurası tərəfindən müzakirə ediləcək. Nəqliyyat nazirliyi bu məsələyə dair öz təkliflərini irəli sürüb, İqtisadi İnkişaf Nazirliyinin isə buna dair öz ideyaları var. Nazir təsdiq edir ki, hökümət köhnə avtobus və marşrut taksilərinin dəyişdirilməsində maraqlıdır.

İqtisadi inkişaf naziri həmçinin Azərbaycanda yaşam minimumunun növbəti dəfə qaldırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, bir ay ərzində bu məsələyə dair qərar qəbul ediləcək.

H.Babayevin sözlərinə görə, hazırda Tarif şurası tibbi xidmətlə bağlı məsələləri gözdən keçirir. Bəzi məsələlər üzrə artıq razılıq əldə olunub. Lakin bəzi məqamlar hələ də mübahisə doğurur.

Sumqayıtda sənaye şəhərciyinin yaradılması məsələsinə gəlincə isə, H.Babayev bildirib ki, bu proses tamamlanmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti