Yurddaş Partiyası müxalifət düşərgəsində heç bir blokda təmsil olunmayacaq. Bu barədə Trend ə Yurddaş Partiyasının sədri, keçmiş millət vəkili Mais Səfərli bildirib.
Partiya sədri qeyd edib ki, müxalifət düşərgəsində yaradılan siyasi blokların fəaliyyəti nəticəsiz qalıb: "Səbəblər partiyalararası münasibətlərin normal olmaması, partiya quruculuq işinin aparılmaması və sairdir. Ona görə də müstəqil şəkildə fəaliyyət göstərməyə daha çox üstünlük vermişik".
M.Səfərli qeyd edib ki, müxalifət düşərgəsində olan parttyaların böyük əksəriyyəti ayrı-ayrı şəxslərin iradəsi və maliyyəsindən asılıdır: "Bu partiyalarda demokratizm prosesi çox zəifdir və orada sıravi üzvlərin səsi eşidilmir. Partiyalar əsasən yuxarıdan gələn qərarlarla idarə olunur. Bu zəngir qırılmalıdır. Əks təqdirdə belə qurumları partiya yox, ayrı-ayrı şəxslərin ətrafında toplanan qruplaşma adlandırmaq olar".