...

AMİP Beynəlxalq Demokrat İttifaqının növbəti toplantısında Güney Azərbaycan və Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirəcək

Siyasət Materials 11 Avqust 2006 14:36 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvü olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) oktyabrda Avstraliyada növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə AMİP-in baş katibi Fuad Muxtarov bildirib.

Qeyd edək ki, BDİ-yə 57 dövlətin 80-dən çox partiyası üzvdür. Baş katibliyin ofisi Norveçdə yerləşir. Norveçin Əmək Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Erik Moen BDİ-nin baş katibidir. BDİ-nin sədri isə Avstraliyanın baş naziri Con Hovarddır.

F.Muxtarov qeyd edib ki, belə toplantılar ildə iki dəfə keçirilir: "Aprelin əvvələrində belə toplantı Vaşinqtonda keçirilib. Bu dəfə isə Avstraliyada nəzərdə tutulub. Ancaq toplantının gündəliyi məlum olmasa da, dünyada baş verən qlobal proseslər və BDİ-yə üzv olan dövlətlərin partiyalarının seçki məsələləri ilə bağlı məsələlər müzakirə olunacaq".

F.Muxtarov onu da əlavə edib ki, BDİ-nin hər bir toplantısında onlar tərəfindən Azərbaycanın mövqeyini dəstəkləyən məsələlər qaldırılıb: "Bu dəfə də Güney Azərbaycanda baş verən məlum hadisələr və Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcəyik". F.Muxtarov qeyd edib ki, toplantıda AMİP-i kimlərin təmsil edəcəyi hələ müəyyənləşdirilməyib: "Mənim iştirakım şübhəsizdir. Ola bilər ki, partiyanın sədri, yaxud da lideri iştirak etsin".

Xəbər lenti

Xəbər lenti