...

Azərbaycanın dövlət başçısı Koreya və Hindistan prezidentlərinə təbrik məktubu göndərib

Siyasət Materials 14 Avqust 2006 17:58 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti Romu Hyuna və Hindistan Respublikasının prezidenti Avul Pakir Ceynulabdin Əbdül Kalama təbrik məktubu göndərib. Trend in məlumatına görə, prezident İlham Əliyev Koreyanın milli bayramı - Dirçəliş günü və Hindistanın milli bayramı - Müstəqillik günü münasibətilə prezidentləri təbrik edib.

İlham Əliyev Koreya prezidentinə məktubunda bildirib ki, Azərbaycan-Koreya münasibətləri bu gün hərtərəfli inkişaf etməkdədir: " Əminəm ki, bu yaxınlarda ölkəmizə səfəriniz, Bakıda Sizinlə apardığımız danışıqlar, qarşıdakı illər üçün əməkdaşlığın dərinləşdirilməsinə dair imzalanan sənədlər münasibətlərimizin perspektivinə mühüm təsir göstərəcək".

Hindistan prezidentinə təbrik məktubunda da İlham Əliyev Azərbaycan ilə Hindistan arasında uzun illərdən bəri əsil dostluq münasibətlərinin mövcud olduğunu və belə bir təməl üzərində inkişaf edən əməkdaşlığın daim xalqlarımızın mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti