...

Bələdiyyə seçkilərində əcnəbi vətəndaşlar seçici kimi iştirak etməyəcəklər

Siyasət Materials 14 Avqust 2006 18:38 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda səsvermə hüququ olan xarici ölkə vətəndaşlarının siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə Trend ə MSK katibi Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, MSK oktyabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı səsvermə hüququ olan xarici ölkə vətəndaşlarının mənsub olduqları ölkələri müəyyən etməsi üçün Xarixci İşlər Nazirliyinə müraciət etmişdi. XİN MSK-ya cavab məktubunda həmin ölkələrin siyahılarını təqdim edib.

Azərbaycan da daxil olmaqla bir sıra dövlətlər "Xarici ölkə vətəndaşlarının iştirakı ilə yerli özünüidarə hakimiyyətlərinin formalaşdırılmasına dair" Konvensiyaya qoşulublar. Bu Konvensiyaya əsasən, Azərbaycan, Slovakiya, Litva, Estoniya, Macarıstan, İsveç, Norveç, Hollandiya, İrlandiya, Lüksemburq, Belçika və digər dövlətlərin ərazisində yaşayan xarici ölkə vətəndaşlarına səsvermədə iştirak hüququ verilir. Azərbaycan XİN bu ölkələrin siyahısını MSK-ya verib. MSK isə Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi dairələrin ərazisində həmin ölkələrin vətəndaşların yaşayıb-yaşamadığını müəyyənləşdirmək üçün DİN-ə sorğu göndərib. DİN-dən göndərilən cavaba əsasən, bələdiyyə seçkilərinin keçiriləcəyi 604 dairənin ərazisində 5 ildən artıq yaşayan xarici ölkə vətəndaşı yoxdur. Buna görə də bələdiyyə seçkilərində əcnəbi vətəndaşlar seçici kimi iştirak etməyəcəklər.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, xarici ölkə vətəndaşlarına yalnız seçici (seçmək) hüququ verilir və bunun üçün həmin şəxslərin seçki keçirilən dairənin ərazisində 5 ildən artıq yaşaması əsas şərtdir.

Xəbər lenti

Xəbər lenti