...

Böyük Britaniyadakı səfir: Britaniya parlamentinin üzvləri payızda Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Avqust 2006 19:27 (UTC +04:00)
Böyük Britaniyadakı səfir: Britaniya parlamentinin üzvləri payızda Azərbaycana səfər edəcək

Böyük Britaniya parlamentinin deputatları oktyabr və noyabr aylarında Azərbaycana səfər edəcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Böyk Britaniyadakı səfiri Rafael İbrahimov bildirib.

Oktyabrda Bakıya Nümayəndələr Palatasının 6-7 üzvü, noyabrda isə Lordlar Palatasının nümayəndələri gələcəklər. Britaniya parlamentinin üzvləri müvafiq yardım göstərmək məqsədilə Azərbaycandakı vəziyyət və problemlərlə tanış olmaq niyyətindədir.

R.İbrahimovun sözlərinə görə, bu, Azərbaycanın lobbiçilik sahəsində göstərdiyi fəaliyyətin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti