...

Azərbaycanın baş nazirinin Gürcüstan səfərinin proqramı açıqlanıb

Siyasət Materials 15 Avqust 2006 17:48 (UTC +04:00)

Avqustun 16-da iqtisadi əməkdaşlıq üzrə Gürcüstan -Azərbaycan hökümətlərarası komissiyası Batumidə öz işinə başlayacaq.

Gürcüstan baş nazirinin aparatından Trend in xüsusi müxbirinə verilən xəbərə görə, komissiya çərçivəsində avqustun 16-da Zurab Noqaidelinin Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşü keçiriləcək.

Sonradan Gürcüstan-Azərbaycan hökümətlərarası komissiyasının iclası açılacaq.

İşgüzar görüş və danışıqlar tamamlandıqdan sonra Azərbaycanın nümayəndə heyəti Acarıstanın tətbiqi incəsənət muzeyində, həmçinin Batumi -Sarpi sahil zonasında və Sarpidəki gömrük terminalında olacaq.

Avqustun 17-də Gürcüstan-Azərbaycan biznes -forumu açılacaq. Forumda iki ölkənin baş nazirləri və nümayəndə heyətlərinin üzvləri, eləcə də işgüzar dairələrin nümayəndələri iştirak edəcək. Forum bitdikdən sonra sənədlər imzalanacaq, sonra Artur Rəsizadə və Zurab Noqaidelinin birgə mətbuat konfransı keçiriləcək.

Gürcüstanın baş naziri azərbaycanlı həmkarı ilə Batumidəki məscidə, "Batumi limanı" MMC-yə, həmçinin Batuminin mərkəzi parkına baş çəkəcək və katerdə Acarıstan təbiətinə tamaşa edəcək.

Sabah axşam gürcü çaxırları və mineral sularının dequstasiyası olacaq.

Xəbər lenti

Xəbər lenti