Səfir: V.Yuşenkonun Azərbaycana səfərinin müddəti hökumətlərarası komissiyanın iclasının yekunları üzrə müəyyənləşəcək
Ukrayna prezidenti V.Yuşenkonun bu ilin payızında Azərbaycana planlaşdırılan səfəri gündəlikdədir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bildirib. O qeyd edib ki, dəqiq tarix Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclasından asılıdır.
Səfirin sözlərinə görə, hazırda iclasın keçirilmə tarixi hələ dəqiqləşdirilməyib. Məsələ ilə bağlı danışıqlar gedir.