...

Maliyyə vəsaitləri səfirliyin qarşısına qoyulmuş öhdəlikləri yerinə yetirməyə imkan verir

Siyasət Materials 16 Avqust 2006 14:31 (UTC +04:00)
Maliyyə vəsaitləri səfirliyin qarşısına qoyulmuş öhdəlikləri yerinə yetirməyə imkan verir

Azərbaycanın xaricdəki səfirlikləri ilə keçirilən tədbirlərə dövlət kifayət qədər vəsait ayırır və bu çərçivədə fəaliyyət göstərmək tamamilə mümkündür. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 16-da Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib. Azərbaycanın ABŞ-dakı keçmiş səfiri kimi özünün 10 illik təcrübəsinə əsaslanaraq H.Paşayev hesab edir ki, maliyyə vəsaitləri səfirlik qarşısına qoyulmuş öhdəlikləri yerinə yetirməyə imkan verir.

Diplomat qeyd edib ki, əlbəttə, vəsait nə qədər çox olsa, bir o qədər yaxşı olar, lakin ölkəmizin də imkanlarını nəzərə almaq lazımdır.

Xəbər lenti

Xəbər lenti