...

Elmar Məmmədyarov Mərakeş Krallığının nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 16 Avqust 2006 20:09 (UTC +04:00)

2006-cı il avqust ayının 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının kənd təsərrüfatı, inkişaf və dəniz balıqçılığı naziri M.Leanserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında geniş müzakirələr aparılıb.

Azərbaycan naziri ölkəmizdəki son iqtisadi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu və nəticədə 1 milyona qədər qaçqın və məcburi köçkünün yarandığını bildirib.

Öz növbəsində qonaqlar Mərakeş Krallığının üzləşdiyi Saxara münaqişəsi və onun həlli imkanları barədə fikirlərini bölüşüblər.

Ölkəmizdə Mərakeş Krallığı ilə münasibətlərə, xüsusilə də bu ölkədə diplomatik təmsilçiliyə böyük önəm verildiyini diqqətə çatdıran nazir, Mərakeşin regionda lider dövlətlərdən olduğunu qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafına böyük marağın olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti