...

Türkiyədəki qəzada həlak olan və xəsarət alan azərbaycanlıların adları açıqlanıb

Siyasət Materials 16 Avqust 2006 20:13 (UTC +04:00)
Türkiyədəki qəzada həlak olan və xəsarət alan azərbaycanlıların adları açıqlanıb

Türkiyədəki qəza nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, 5 azərbaycanlı isə xəsarət alıb. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfirliyindən xəbər veriblər.

Qəza nəticəsində Məhəmməd Cəfərov həlak olub. İmdad Məmmədov, Firuzə Əliyevə, Fəxrəddin Süleymanov, Rəqsanə İsmayılova və Surxan Cəliyeva xəstəxanaya çatdırılıb.

Türkiyə polisi hesab edir ki, qəza avtobus sürücüsünün günahı üzündən baş verib. Təsdiqlənməmiş məlumata əsasən, sürücü sükan arxasında yuxuya gedib və nəticədə avtobus çevrilib. Bütün xəsarət alanlar Samsun şəhərinin xəstəxanasına çatdırılıb və onların vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti