...

Aliyə Qarayeva Azərbaycan və Rusiya gimnastları arasında görüşdə lentlə çıxışının nəticələrinə görə qələbə qazanıb

Siyasət Materials 21 Avqust 2006 11:03 (UTC +04:00)
Aliyə Qarayeva Azərbaycan və Rusiya gimnastları arasında görüşdə lentlə çıxışının nəticələrinə görə qələbə qazanıb

Azərbaycanlı zərif Aliyə Qarayeva "Olimpiya" idman kompleksində Azərbaycan və Rusiya gimnastları arasında keçirilmiş yoldaşlıq görüşünün yekunlarına görə lentlə tapşırığı uğurla yerinə yetirərək qələbə qazanıb.

Trend in xəbər verdiyi kimi, azərbaycanlı idmançı gürz, top və iplə yerinə yetirdiyi kompozisiyalara görə gümüş mükafatlara layiq görülüb.

Görüşün əsas qəhrəmanı isə Olimpiya çempionu Alina Kabayeva olub. O, 4 qızıl mükafat qazanaraq çoxnövçülük üzrə qalib olub. Absolyut dünya çempionu Olqa Kapranova proqramın bu növü üzrə "gümüş" mükafata layiq görülüb. İlk üçlüyü isə A.Qarayeva qapayıb.

Görüş başa çatan kimi Qala-konsert keçirilib. Ayağının yüngül zədələnməsi ilə əlaqədar görüşdə çıxış etməyən Dinara Gimatova da bu konsertdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti