Azərbaycan və Sloveniyanın çoxlu ümumi təmas nöqtələri var. "Bu, respublika prezidenti İlham Əliyevin Sloveniyaya dünən başlanmış rəsmi səfərinin birinci günü aydın olub", - bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İTAR-TASS-ın müxbirinə verdiyi eksklüziv müsahibəsində bildirib.
"Azərbaycan nəinki enerji daşıyıcılarının tədarükündə, həm də sənayə kooperasiyası və ticarətin inkişafında Sloveniya üçün perspektiv tərəfdaşdır. İlham Əliyev Sloveniya naziri Yanez Yanşa qarşılıqlı maraq doğuran məsələləri açıq şəkildə ilə müzakirə edib. Bazar ertəsi Sloveniya prezidenti ilə danışıqlar, parlamentdə iş adamları və ictimaiyyət nümayəndələri ilə görüşlər keçiriləcək", - deyə o qeyd edib.
Trend xəbər verir ki, bu gün Sloveniyanın şimalında yerləşən Bled şəhərində açılan "Xəzər perspektivi-2008" beynəlxalq forumunda çıxış edərkən, Azərbaycan prezidenti Xəzər bölgəsi ölkələri və Avropa Birliyinin hərtərəfli əməkdaşlığının genişlənməsinə dair öz fikrini bildirib.
"2008-ci ildə Sloveniya AB-də sədrlik edəcək və ona görə də Lyublyana belə bir forumun keçirilməsinin təşəbbüskarı qismində çıxış edib. Bu tədbir Bakıda Xəzər bölgəsi ölkələrinin də fəal iştirakçısı olduğu dünya qloballaşma proseslərinin təkmilləşdirilməsinə yönəlmiş ideya mübadiləsi üzrə çox mühüm tədbir kimi qiymətləndirilir. Sloveniya bildirib ki, sədrlik etdiyi zaman onun prioritetlərindən biri Avropanın energetika təhlükəsizliyi məsələlərini həll etməkdən ibarət olacaq", - deyə E.Məmmədyarov qeyd edib.