...

BP Azərbaycanın 2006-cı ildə "AÇG"-dən gəlirini 3 mlrd. ABŞ dolları səviyyəsində proqnozlaşdırır

Siyasət Materials 28 Avqust 2006 13:09 (UTC +04:00)
BP Azərbaycanın 2006-cı ildə "AÇG"-dən gəlirini 3 mlrd. ABŞ dolları səviyyəsində proqnozlaşdırır

2006-cı ildə Azərbaycanın "Azəri"-"Çıraq"-"Günəşli" layihəsinin gerçəkləşdirilməsindən əldə edəcəyi gəlir 3 mlrd. ABŞ dolları təşkil edəcək və bura gəlirli neftdən daxilolmalar və digər ödənişlər də daxildir. Bu barədə BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord bu gün jurnalistlərə verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, 2005-ci ildə gəlirli neftin satışından və digər ödənişlərdən daxilolmalar 825 mln. ABŞ dolları təşkil edib və bunun 807 mln. ABŞ dolları gəlirli neftin satışından əldə olunan daxilolmalardır.

Onun sözlərinə görə, 2006-cı ildə 30 mln. tondan çox neftin hasil edilməsi nəzərdə tutulub və bu, ölkədə yüz ildən çox vaxt ərzində neft hasilatı üzrə rekord göstəricidir. D.Vudvord qeyd edib ki, 2005-ci ilin sonunda BP əməkdaşlarının ştatı 1 600 nəfər təşkil edib.

2005-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyədə sosial sərmayələrə 25,45 mln. ABŞ dolları sərf olunub. Ötən il BP-Azərbaycan şirkəti 522 Azərbaycan şirkəti ilə əməkdaşlıq edib. 2010-cu ilə qədər BP-Azərbaycan şirkəti Azərbaycan şirkətləri ilə bağlı xərclərin 2 dəfə artacağını proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti