...

Azərbaycan Türkiyə vasitəsilə Livana 80 ton humanitar yardım göndərib

Siyasət Materials 28 Avqust 2006 14:37 (UTC +04:00)

Türkiyənin Nazirlər Kabineti bildirib ki, Türkiyə höküməti yanında Fövqəladə hallar idarəsi Livana Azərbaycanın ayırdığı vəsaitlə alınmış 80 ton humanitar yardım göndərib. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, humanitar yardımın olduğu 4 avtomobil Adana şəhərindən yola düşüb.

Yüklərin yola salınma mərasimində çıxış edən əyalət qubernatorunun köməkçisi Abdulla Dolek Azərbaycan hökümətinə öz minnətdarlığını bildirib və qeyd edib ki, humanitar yardımın əsas hissəsi ərzaqdır.

Öz növbəsində, Azərabycanın Ankaradakı səfirliyinin konsulu İlham Nəzərli bildirib ki, Azərbaycan tarixində çətin anlar yaşayan Livan xalqını dəstəkləməyi özünə borc bilib.

Xəbər lenti

Xəbər lenti