...

Bakıda Azərbaycan və Koreya arasında Enerji ehtiyatları komitəsinin toplantısı keçiriləcək

Siyasət Materials 28 Avqust 2006 14:46 (UTC +04:00)
Bakıda Azərbaycan və Koreya arasında Enerji ehtiyatları komitəsinin toplantısı keçiriləcək

Avqustun 29-da Bakıda Azərbaycan və Cənubi Koreya Respublikası arasında Enerji ehtiyatları sahəsində əməkdaşlıq üzrə komitənin ilk toplantısı keçiriləcək.

Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qulun bu günkü mətbuat konfransında bildirdiyi kimi, toplantıda energetika və su ehtiyatları sahəsində məsələlərin ciddi surətdə müzakirə ediləcəyi planlaşdırılır.

"Mən ümid edirəm ki, nəticədə Cənubi Koreya şirkətləri yeni neft və qaz yataqlarının mənimsənilməsində daha fəal iştirak edə bilərlər. Və ilk görüşdə yataqların işlənməsi və səhmlər paketinin bölüşdürülməsi məsələsi müzakirə mövzusu olacaq", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Neft Şirkətinin "İnam" yatağı üzrə 20% payının tətbiq edilməsi üzrə fəal işlər görülür.

"İnam" yatağının işlənməsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum Cənubi Koreya prezidentinin 2006-cı ilin may ayında Azərbaycana səfəri zamanı imzalanıb.

"Biz həmçinin avadanlıqlara sərmayə qoyulma və energetika sahəsində yeni tikililərin tikintisi sahəsində əməkdaşlığa ümid edirik", - deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti