...

Azərbaycan və AB arasında Energetika tərəfdaşlığı haqqında saziş layihəsi üzrə danışıqlar aparılacaq

Siyasət Materials 28 Avqust 2006 17:36 (UTC +04:00)

Avqustun 29-30-da Brüsseldə Azərbaycan və Avropa Birliyi (AB) arasında Energetika tərəfdaşlığı haqqında saziş layihəsi üzrə danışıqlar aparılacaq. Bu barədə Trend ə Azərbaycanın Benelüks ölkələrindəki səfiri Arif Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi Azərbaycan hökümətinin nümayəndə heyəti artıq Brüsseldədir. Nümayəndə heyətinin tərkibinə sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev daxildir, bu gün isə onlara iqtisadi inkişaf naziri Heydər Babayev və Azərbaycan prezidentinin İcra aparatının şöbə müdiri Şahin Əliyev də qoşulacaq.

Tərəflər Azərbaycan höküməti və AB arasında Energetika əməkdaşlığı haqqında saziş üzrə başladıqları məsləhətləşmələri davam etdirəcək. AB tərəfdən danışıqlarda xarici əlaqələr üzrə direktor müavini Fokion Fotiadisin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə həmçinin AB-nin energetika və nəqliyyat məsələləri üzrə baş direktorluğunun nümayəndələri də daxildir. Həmçinin Azərbaycanın nümayəndə heyətinin AB-nin yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

A.Məmmədov qeyd edib ki, danışıqlarda tərəflər Saziş layihəsi üzrə mövqelərin yaxınlaşma məsələlərini müzakirə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti