...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə hərbi əsirlər dəyişdirilir

Siyasət Materials 31 Avqust 2006 12:54 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə hərbi əsirlər dəyişdirilir

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə hərbi əsirlər dəyişdirilir. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Moskva nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anastasiya İsyuk təxminən 5000 azərbaycanlının Ermənistanda əsir olma faktını geniş beynəlxalq ictimaiyyətə çatdırmaq üçün təşkilata nəyin mane olduğu barədə suala cavab verərkən, "BQXK iki dövlətin höküməti ilə işləyir, onlara hesabat verir və bu məsələlər üzrə onlarla dialoq aparır. Dialoq məxfi aparılır, ona görə də mən həmin rəqəmi deyə bilmərəm, ola bilsin ki, bizdə rəqəmlər var və biz onların üzərində işləyirik", - deyə A.İsyuk bildirib.

Bundan başqa, o xüsusi olaraq qeyd edib ki, komitə hər zaman öz işinin müstəqil, neytral və qərəzsiz xarakterini vurğulayır. "Və təbii ki, bizim dünyanın 185 ölkəsində, qaynar nöqtələrdə işləmək bacarığımız, münaqişə aparan tərəflərlə dialoqu davam etdirmək faktının özü təsdiq edir ki, bizim fəaliyyətimiz məhz neytral və qərəzsizdir. Biz bu prinsiplərə əsaslanaraq işləyirik, çünki bu ən əsasıdır", - deyə A.İsyuk bildirib.

Xəbər lenti

Xəbər lenti