...

Azərbaycan prezidenti İstanbulda Türkiyənin baş naziri ilə görüşəcək

Siyasət Materials 31 Avqust 2006 20:27 (UTC +04:00)

Sentyabr ayının əvvəlində Azərbaycan prezidenti İlham Əliyev İstanbulda Dialoq və Əməkdaşlıq Naminə İslam Konfransı Gənclər Forumunun mənzil-qərargahının açılış mərasimində iştirak edəcək. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün jurnalistlərə Azərbaycan Prezidenti İcra Aparatı xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısının səfəri qısamüddətli olacaq. Onun Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla görüşü gözlənilir.

Xatırladaq ki, sentyabrın 3-nə nəzərdə tutulan mərasimdə İslam Konfransı Təşkilatı, BMT, Avropa Şurası, İslam təhsil, elm və mədəniyyət təşkilatı (İTEMT) və b. təşkilatların baş katibi və üzv ölkələrin hökumət nümayəndələrinin iştirakı da gözlənilir.

Tədbir çərçivəsində Forum rəhbərliyi ilə İslam Ticarət və Sənaye Palatasının prezidenti şeyx Saleh Kamil, Avropa Şurasının Gənclər Direktorluğunun direktoru Ralf-Rene Vaynqartner arasında əməkdaşlığa dair müqavilənin imzalanması planlaşdırılır. Həmçinin Forum tərəfindən Avropa Şurası, BMT və İTEMT ilə birgə "Gənclik sivilizasiyalar alyansı lehinə" Təşəbbüsünün təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti