...

Birinci dəfədir ki, Azərbaycana gələn turistlərin sayı 1 milyonu ötüb

Siyasət Materials 1 Sentyabr 2006 17:53 (UTC +04:00)
Birinci dəfədir ki, Azərbaycana gələn turistlərin sayı 1 milyonu ötüb

Birinci dəfədir ki, Azərbaycana gələn turistlərin sayı 1 milyonu ötüb. Trend xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev sentyabrın 1-də "Azərbaycanın turizm potensialı-2006" foto-sərgisinin açılışında bildirib.

Onun sözlərinə görə, yalnız 2006-cı ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı 900 min nəfərə çatıb. Nazir qeyd edib ki, turizm Azərbaycan iqtisadiyyatının perspektiv sahələrindən biridir və bu sahə daim dövlət başçısının diqqətindədir.

Mədəniyyət və Turizm Nazirliyində həmin sahənin inkişafına yönəldilmiş bir sıra böyük layihələr hazırlanıb. O qeyd edib ki, yaxın illərdə Azərbaycana böyük turist axınının olacağı gözlənilir və biz Azərbaycanı dünyanın turizm sənayelərindən birinə çevirmək üçün əlimizdən gələni edirik.

Xəbər lenti

Xəbər lenti