...

Azərbaycanın futbol üzrə yığmasının məşqçisi: Yalnız qələbə üçün oynayacağıq

Siyasət Materials 6 Sentyabr 2006 11:02 (UTC +04:00)
Azərbaycanın futbol üzrə yığmasının məşqçisi: Yalnız qələbə üçün oynayacağıq

Qazaxıstana qarşı oyunda yalnız qələbə üçün oynayacağıq. Bu barədə Azərbaycanın futbol üzrə yığmasının məşqçisi Şahin Diniyev Avropa -2008 çempionatının sentyabrın 6-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək seçmə oyunu ərəfəsində Trend ə bildirib.

Məşqçinin sözlərinə görə, yaxşı nəticə əldə etmək üçün ona ilk dəfə yığmanın köynəyini geyinən braziliyalı Leandro Qomeş kömək etməlidir.

"Son qarşılaşmalarda hücum zamanı biz problemlərlə qarşılaşmışdıq, lakin yığmada hücumçunun olması ön xəttdə hərəkətləri kəskinləşdirməlidir. Həm də Belqradda serblərə qarşı oyunda cüzi məğlubiyyətdən sonra (0:1) komanda mütləq doğma divarlar arxasında qalib gəlməlidir", - deyə Ş.Diniyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti