...

Demokratik İslahatlar Partiyası Ukrayna prezidentinin Azərbaycana səfərini müsbət qiymətləndirib

Siyasət Materials 7 Sentyabr 2006 15:16 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Toplantıda Azərbaycan mediası ətrafında yaranmış durum, təhsil islahatları ilə bağlı görülməli olan işlər, həmçinin Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana səfəri barədə müzakirələr aparılıb.

Siyasi Şura V.Yuşenkonun səfərini Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı baxımından müsbət qiymətləndirib. Siyasi Şura üzvlərinin fikrincə, bu səfər ölkələr arasında siyasi, iqtisadi, mədəni sahədə əlaqələrin daha da genişlənməsinə yardımçı olacaq, həmçiniy iqtisadi və siyasi əhəmiyyəti olan birgə layihələrin reallaşdırılmasına təkan verəcək.

Xəbər lenti

Xəbər lenti