...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasında İKT ölkələrindən dəstək almaq niyyətindədir

Siyasət Materials 7 Sentyabr 2006 17:57 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasında İKT ölkələrindən dəstək almaq niyyətindədir

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması məsələsində İslam Konfransı Təşkilatı (İKT) ölkələrindən dəstək almaq niyyətindədir. Bunu Trend ə eksklüziv olaraq Azərbaycan prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sentyabrın 13-14-də Səudiyyə Ərəbistanına səfərini şərh edərkən bildirib. Burada İKT ölkələrinin informasiya və mətbuat nazirlərinin 7-ci sessiyası keçiriləcək.

Ə.Həsənovun sözlərinə görə, sessiyanın yekunları ilə bağlı qəbul olunacaq bəyannamə və qətnamənin mətninə bu problem üzrə bəndin salınması planlaşdırılır. Təsdiq olunmuş bəyannamə İKT ölkələrinin informasiya və mətbuat nizirilərinin hər birinin fəaliyyət planı üçün əsas olacaq.

Ə.Həsənov əlavə edib ki, sessiya üç ildə bir dəfə keçirilir. Hər bir görüş İKT-yə üzv ölkələrdən birində baş tutur. Görüşlərdə islam ölkələrinin informasiya və mətbuat siyasətinin ümumi əlaqələndirilməsi məsələsinə baxılır. Növbəti görüşdə nazirlər islam dünyasına qarşı aparılan təxribat məsələsi ilə bağlı ölkələrin səylərini birləşdirməyin, islamın terrorla eyniləşdirilməsinin qarşısını almağın, eləcə də islam ölkələri və əhalisinin problemlərinin həlli detalları müzakirə olunacaq.

Bu səylərin tətbiqi mexanizminə gəlincə, Ə. Həsənov qeyd edib ki, İKT-yə üzv ölkələrin bir çoxlarında dövlət mətbu orqanları daha üstünlük təşkil etdiyindən həmin ölkələrdə bu fəaliyyəti məhz elə onlar da həyata keçirəcək. Demokratik inkişaf yolunu seçmiş ölkələrdə, o cümlədən Azərbaycanda da bu təxribat həm dövlət, həm də müstəqil KİV-lər tərəfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti