Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı işğalçı Ermənistanın Lori bölgəsində, "Quqark" adlı uşaq-gənclər düşərgəsində ermənilərlə birlikdə istirahət edən bir qrup azərbaycanlının Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb edir. Trend xəbər verir ki,
Qeyd edək ki, "Quqark" adlı uşaq-gənclər düşərgəsində "Helsinki Iətəndaş təşəbbüsü" təşkilatının iştirakı ilə Azərbaycan və erməni gənclərinin görüşü keçirilib. Bu təşəbbüs "qarşılıqlı inam düşərgəsi" adlandırılıb. Düşərgədə həmçinin qondarma "Dağlıq Qarabağ Respublikasından" da iştirakçılar olub. Azərbaycan nümayəndə heyətində hüquq müdafiəçisi və Xelsinki Iətəndaş Assambleyasının Azərbaycan üzrə koordinatoru Arzu Abdullayeva, Nigar Abdullayeva, Rəna Yüzbaşeva, Fidan Məmmədova, jurnalist Seymur Baycan, İsmayıl Əbdüləzimov, Xamis Məsimov və digərləri (cəmi 10 nəfər) təmsil olunublar.
Bəyanatda qeyd olunub ki, VHP-çi gənclər olaraq Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, on minlərlə əliyalın soydaşımızı qətlə yetirmiş, Xocalıda XX əsrin ən dəhşətlt faciəsini törətmiş və bu gün də Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan adlanan dövlətə hər hansı bir Azərbaycan vətəndaşının, istənilən şərtlər daxilində səfər etməsini vətənə xəyanət hesab edir və müvafiq dövlət qurumlarından belə vətən xainlərinin vətəndaşlığının ləğv edilməsini tələb edirik.
VHP-çi gənclər hesab edir ki, özünü Azərbaycan vətəndaşı hesab edən hər bir adam minlərlə əliyalın soydaşımızı qətlə yetirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş belə bir düşmən ölkəyə səfər edə bilməz.