Sentyabrın 11-də Bakıda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İSESCO arasında əməkdaşlıq protokolu imzalanıb. Trend in xəbər verdiyi kimi, sənəd İKT ölkələrinin turizm nazirlərinin I konfransı çərçivəsində imzalanıb.
Protokolu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və ISESCO direktoru Əbdül Əziz Elpvaiciri imzalayıb.
Protokol təşkilatın qərargah mənzilində İSESCO mədəniyyət günlərinin, həmçinin, Azərbaycanda mədəniyyət həftəsinin keçirilməsini nəzərdə tutur. Bundan başqa, sənəddə komitələrin iclasının keçirilməsi, nazirlik və təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirəsi öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycan 2004-cü ilin dekabrında İKT mədəniyyət nazirlərinin IV konfransı zamanı təşkilatın üzvü olub.