...

Bu il Gəncədə 3 nəfər əmək fəaliyyəti zamanı həlak olub

Siyasət Materials 12 Sentyabr 2006 18:21 (UTC +04:00)

Bu il Gəncədə 3 nəfər əmək fəaliyyəti zamanı həlak olub. Bu barədə məlumatı Trend ə 7 saylı Gəncə Bölgə Əmək Müfəttişliyin rəisi Əkbər Nəsirli verib. Onun sözlərinə görə, ölüm hadisəsindən başqa 7 nəfərdə əmək fəaliyyəti zamanı xəsarət alıb.

Müfəttişliyin rəisinin sözlərinə görə, sentyabr ayının ilk 10 günlüyündə Gəncə Elektrik Şəbəkəsində, "Şəffaf" MMC-də, həmçinin bir neçə gün bundan əvvəl Bakı Konserv zavodunun Gəncə filialında ölüm hadisələri baş verib.

Ə.Nəsirli bildirdi ki, əmək fəaliyyəti zamanı ola bilsin ki, xəsarat alan və həyatını itirənlərin sayı çoxdur, lakin əksər müəssələr bu barədə əmək müfəttişliyinə məlumat vermir.

Xəbər lenti

Xəbər lenti