...

Natiq Əliyev: Beş il ərzində Azərbaycanın elektrik enerjisi 3000 mVt gücündə artacaq

Siyasət Materials 14 Sentyabr 2006 20:31 (UTC +04:00)
Natiq Əliyev:  Beş il ərzində Azərbaycanın elektrik enerjisi 3000 mVt gücündə artacaq

Beş il ərzində Azərbaycanın elektrik enerjisi 3000 mVt gücündə artacaq. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev respublikanın elektrik enerjisi sahəsindəki vəziyyətə və 2006-2007-ci ilin payız-qış mövsümünə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, 8 ay ərzində ölkənin elektrik enerjisi istehsalı 5 % artıb.

Lakin nazirin qeyd etdiyi kimi, üğürlarla yanaşı, problemlər və çatışmazlıqlar da var. Əsasən, bu, elektrik enerjisinin verilməsində paylayıcı şəbəkələrdəki problemlərə, elektrik enerjisi orqanları əməkdaşları tərəfindən törədilən çoxlu sayda pozuntulara aiddir.

N. Əliyevin sözlərinə görə, yaxın günlərdə korrupsiya ilə mübarizə çərçivəsində aparılmış yoxlamalar zamanı Şəkidə, Şamaxıda, Salyanda, Gəncədə və bir sıra digər rayonlarda çoxlu sayda pozuntular aşkarlanıb.

Hazırda elektrik enerjisi və qazla təchiz məsələlərinə böyük diqqət yetirilir. Xüsusilə, ölkənin baş nazirinin birinci müavini Yaqub Eyyubovun iştirakı ilə regional müşavirələr keçirilir.

Mövcud problemləri həll etmək üçün elektrik enerjisinin tədarükünə nəzarəti gücləndirmək, "Dövlətenerjinəzarət" və "Dövlətqaznəzarəti" kimi təşkilatların işinin səmərəliyini artırmaq lazımdır. Həmçinin paylayıcı şəbəkələrin yenidən qurulmasına da zərurət var.

Xəbər lenti

Xəbər lenti