...

Azərbaycan prezidenti ABŞ müdafiə nazirinin Avrasiya məsələləri üzrə müşavirini qəbul edib

Siyasət Materials 15 Sentyabr 2006 19:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də ABŞ müdafiə nazirinin Avrasiya məsələləri üzrə müşaviri Ceyms MakDuqalı qəbul edib. Bu barədə Trend xəbər verir.

Vaşinqtona rəsmi səfərini xatırladaraq, prezident bildirib ki, səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair geniş müzakirələr aparılıb. Amerika-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etdiyini qeyd edən İ. Əliyev gələcəkdə əlaqələrin daha çox inkişaf edəcəyinə əminlik ifadə edib.

C. MakDuqal bildirib ki, müxtəlif sahələrdə dövlətlər arasındakı ikitərəfli əməkdaşlığın inkişafında Azərbaycan prezidentinin ABŞ-a səfəri də mühüm rol oynayıb. O, Azərbaycan prezidentinə beynəlxalq terrorizmlə mübarizədə ABŞ-la tərəfdaşlığına görə bir daha minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti