...

Gürücstanın dövlət strukturları Azərbaycanın bağışladığı təcili yardım maşınını qeydiyyata almır

Siyasət Materials 18 Sentyabr 2006 14:58 (UTC +04:00)

Gürcüstanın Səhiyyə Nazirliyi və Gömrük xidməti Azərbaycanın bağışladığı iki təcili yardım maşınının qeydiyyat məsələsini uzadır. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətinin başçısı Elxan Poluxov məlumat verib.

Qeyd edək ki, fevral ayında Azərbaycanın bağışladığı iki "Təcili yardım" maşını bu günə qədər Azərbaycanın Gürcüstandakı səfirliyinin ərazisindədir. Həmin avtomobillər Qardabani və Marneuli rayonlarının azərbaycanlıların yaşadığı kəndləri üçün nəzərdə tutulub, lakin yerli xəstəxanalar tərəfindən təyinatı üzrə istifadə olunmayıb. Bundan başqa, ötən 7 ay ərzində maşınlar Gürcüstan qanunlarına müvafiq olaraq qeydiyyata alınmayıb. Ona görə də Azərbaycanın Gürcüstandakı səfirliyi onları səfirliyin avtodayanacağına gətirilməsi barədə qərar qəbul edib.

E.Poluxov bildirib ki, maşınlar təxminən 3 aydır ki, səfirliyin ərazisindədir. Səfirlik Gürcüstanın dövlət strukturlarına bütün lazımi əlavə sənədləri təqdim edib, lakin bu bölgələrdə yaşayan azərbaycanlıların bu maşınlara ehtiyac duymasına baxmayaraq, gürcü tərəfi maşınların qeydiyyata alınmasını hələ də ləngidir.

Xəbər lenti

Xəbər lenti