...

Azərbaycan prezidenti: Türk ölkələrinin həmrəyliyi onların hər birinin güclənməsinə yardım edəcək

Siyasət Materials 18 Sentyabr 2006 17:34 (UTC +04:00)
Azərbaycan prezidenti: Türk ölkələrinin həmrəyliyi onların hər birinin güclənməsinə yardım edəcək

Türk ölkələrinin həmrəyliyi onların hər birinin güclənməsinə yardım edəcək. Biz türk dünyasının vahid olmasını və bu birliyin davamlı olmasını istəyirik. Trend in Türkiyə kütləvi informasiya vasitələrinin məlumatına istinadən xəbər verdiyi kimi, bu barədə bu gün Kəmərdə Azərbaycan prezidenti İlham Əliyev Türkdilli dövlətlərin 10-cu qurultayında çıxış edərkən bəyan edib.

"Gücümüz birlikdədir", - deyə qeyd edən prezident İlham Əliyev bildirib: "Türk dünyasının qlobal miqyasda mühüm element olması lazımdır və bu baxımdan Türkiyənin dəstəyi vacibdir. Misal üçün, Azərbaycan və Türkiyə arasındakı münasibətlər ən yüksək səviyyədədir".

Bu baxımdan Bakı-Tbilisi-Ceyhan boru kəməri ölkələrimizin iqtisadi və siyasi gücünə yeni qüvvələr qatacaq. Bu gün türk dünyasının birləşməsi üçün yaxşı imkanlar var. Biz bir-birimizlə bağlı olmalı, eləcə də özümüzü təbliğ etməliyik.

Osmanlı imperiyasında qondarma erməni soyqırımı ilə bağlı bəyanatlara toxunan Azərbaycan prezidenti vurğulayıb ki, Türkiyə hökumətinin təklifini rədd edərək, Ermənistan qondarma soyqırımın tanınmasına cəhd göstərir. "Biz yalan və böhtana əsaslanmış təbliğatın qarşısını almalıyıq", - deyə İlham Əliyev söyləyib.

Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunan İlham Əliyev vurğulayıb ki, "Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcək".

Azərbaycan prezidenti həmçinin, Türkiyədə olmasından məmnunluq duyduğunu deyərək, türk dünyasının bütün dövlət və icmaları nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. "Əminəm ki, bu qurultayın yekunları çox məhsuldar olacaq", - deyə o, nitqini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti