...

Azərbaycan prezidenti Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının 1-ci forumunun keçirilməsini təklif edib

Siyasət Materials 18 Sentyabr 2006 18:38 (UTC +04:00)

Türkdilli dövlətlərin ölkədənkənar fəaliyyəti daha yüksək səviyyədə təşkil olunmalıdır. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Kəmər şəhərində Türkdilli dövlətlərin 10-cu qurultayında çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, bununla bağlı olaraq diaspor təşkilatların fəaliyyətinə böyük əhəmiyyət verilməlidir. "Bizim xaricdəki diaspor təşkilatlarımız çox sıx əməkdaşlıq edirlər. Azərbaycan və türk diaspor təşkilatlarının birgə həyata keçirdikləri layihələr və tədbirlər çox uğurludur və mən əminəm ki, bu, gələcəkdə bizim imkanlarımızı daha da gücləndirəcək", - deyə İlham Əliyev bildirib.

Azərbaycan və türk diaspor təşkilatlarının birinci forumunun keçirilməsi məsələsinə baxılmasının vacibliyindən danışan dövlət başçısı bu tədbirin gələn ilin birinci yarısında Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib.

İlham Əliyev Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin təhlilinin və məqsədyönlüyünün vacibliyini vurğulayıb.

"Biz türk dünyasını daha mütəşəkkil formada birləşdirməliyik. Və biz türkdilli dövlətlərdə baş verən proseslərə laqeyd olmamalıyıq. Daim bir-birimizi dəstəkləməli, problemlərin həllində birgə iştirak etməliyik və əminəm ki, birgə səylər nəticəsində türk dünyası böyük imkanlara, daha güclü siyasi mövqeyə malik olacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti