...

Azad Rəhimov: FİDE dünya çempionu adı uğrunda yarışda Veselin Topalova azarkeşlik edəcəyik

Siyasət Materials 19 Sentyabr 2006 20:00 (UTC +04:00)
Azad Rəhimov: FİDE dünya çempionu adı uğrunda yarışda Veselin Topalova azarkeşlik edəcəyik

"FİDE dünya çempionu adı uğrunda birgə yarışda Veselin Topalova azarkeşlik edəcəyik". Bunu Trend ə eksklüziv olaraq gənclər və idman naziri Azad Rəhimov bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanın şahmat həvəskarları bolqar qrossmeysterinin rusiyalı Vladimir Kramnika qalib gəlməsində maraqlıdırlar. Belə ki, bu halda V.Topalov yeni ildə Teymur Rəcəbovla görüş keçirəcək. "Məlum olduğu kimi, biz Bolqarıstan Dövlət Gənclər və İdman Agentliyi, eləcə də hazırkı dünya çempionu ilə saziş bağlamışıq. Bu sazişə əsasən, V.Kramnikə qalib gələrək, V. Topalov növbəti görüşünü Teymurla keçirəcək. Ona görə də Elistdə bu günlərdə başlanacaq yarışda biz bolqara azarkeşlik edəcəyik", - deyə A. Rəhimov vurğulayıb.

Qeyd etmək lazımdır ki, Bakıda rəsmi səfərdə olan Bolqarıstan Dövlət Gənclər və İdman Agentliyinin başçısı Veselina Leçyova paytaxtdan yarışın keçiriləcəyi Elistə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti