...

İsa Qəmbər: "Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı hazırladığımız qanun layihəsini parlamentə təqdim edəcəyik"

Siyasət Materials 20 Sentyabr 2006 13:50 (UTC +04:00)

Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı hazırladığımız qanun layihəsini parlament rəhbərliyinə təqdim edəcəyik. Trend xəbər verir ki, bu barədə jurnalistlərə sentyabrın 20-də mətbuat konfransı keçirən Musavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

Partiya sədrinin sözlərinə görə, layihə hazırlanankan ATƏT-in və Venesiya komissiyasının təklifləri nəzərə alınıb. Layihədə Seçki Məcələsində bir neçə istiqamətlərdə əlavə və dəyişikliklərin edilməsi təklifləri öz əksini tapıb.

"Bu təkliflər bütün seçki komissiyaları və onların rəhbər vəzifələrinin hakim və müxalif siyasi partiyalar arasında paritet - təmsilçilik prinsipi əsasında formalaşdırılmasından, parlament və bələdiyyə seçkilərində qarışıq seçki sisteminin - proporsional və majoritar seçki sisiteminin tətbiq edilməsindən, qeydə alınmış subyektlərin hər bir seçki komissiyasına bir həlledici səs hüquqlu komissiya üzvü təyin etmə hüququnun təmin edilməsindən və digər istiqamətlərdən ibarətdir", - deyə İ.Qəmbər bildirib.

Layihədə ümümilikdə 9 təklif öz əksini tapıb.

İ.Qəmbər daha sonra jurnalistlərin nəzərinə çatdırıb ki, o, partiyanın sentyabrın 23-nə planlaşdırdığı yürüş-mitinqə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab gözləyir: "Əgər müsbət cavab olmasa, bizim tərəfmizdən İcra Hakimiyyətinə təkrar müraciət olunmaqla yanaşı digər müvafiq addımlar da atılacaq".

Xəbər lenti

Xəbər lenti