...

Türkdilli dövlətlər Konqresi Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyə çağırıb

Siyasət Materials 21 Sentyabr 2006 15:27 (UTC +04:00)
Türkdilli dövlətlər Konqresi  Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyə çağırıb

Sentyabrın 21-də Antalyada öz işini başa vurmuş türkdilli dövlətlərin 10-cu konqresində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul olunub.

Trend in xəbər veridyi kimi, sənəddə bildirilir ki, bütün türkdilli dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi eynidir - Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir.

Türkdilli dövlətlər bir milyon azərbaycanlı qaçqının öz evinə qayıtması üçün maksimum səy göstərəcək.

Sənəddə qeyd olunur ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə, bütün türk dünyası bu istiqamətdə gücünü birləşdirəcək.

Xəbər lenti

Xəbər lenti