...

AMİP-in İran səfirliyi qarşısında keçirməyə cəhd etdiyi aksiya baş tutmayıb

Siyasət Materials 22 Sentyabr 2006 13:36 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sentyabrın 22-də saat 13.00-da İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında planlaşdırdığı etiraz aksiyasının qarşısı alınıb. Trend xəbər verir ki, icazəsiz keçirilən aksiyada AMİP-in 10-a yaxın üzvü iştirak edib.

Qeyd edək ki, aksiya İranda yaşayan azərbaycanlıların öz ana dilində təhsil almaq hüququndan məhrum edilməsinə, fars dilinin məcburi tədris edilməsinə etiraz olaraq planlaşdırılıb. AMİP fəalları İran hakimiyyətindən azərbaycanlıların öz ana dlində təhsil almaq kimi milli-mədəni hüquqlarının təmin olunmasını tələb edib. Etiraz aksiyası ilə bağlı sentyabrın 20-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müracət olunub.

İranın Bakıdakı səfirliyinin yerləşdiyi ünvan polislər tərəfindən əhatə olunduğundan aksiya iştirakçıları binanın önünə yaxınlaşa bilməyiblər. Aksiya iştirakçılarının qarşısı səfirliyin binası yaxınlığında yerləşən 134 saylı orta məktəbin yanında rolislər tərəfindən alınıb. AMİP-in mətbuat katibi Əli Orucov və daha üç aksiya iştirakçısı polis bölməsinə aparılıb. Aksiyanın qətnaməsinin belə səfirliyiə təqdim olunmasına imkan verilməyib.

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini, eyni zamanda partiyanın lideridir.

Xəbər lenti

Xəbər lenti