...

KXCP-nin dövlət qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyində görüş keçirilib

Siyasət Materials 22 Sentyabr 2006 15:53 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partyasının (KXCP) dövlət qeydiyyatına alınması üçün müraciəti ilə bağlı partiya nümayəndələri Ədliyyə Nazirliyində görüş keçiriblər. Bu barədə Trend ə KXCP-dən məlumat verilib.

Qeyd edək ki, bu il martın 26-da yeni adda təsis qurultayı keçirilən KXCP-nin sənədləri Ədliyyə Nazirliyinə təqdim olunub. Lakin indiyədək partiyanın qeydiyyata alınıb-alınmaması ilə bağlı nazirliyin rəsmi cavabı yoxdur.

Bununla əlaqədar partiyanın İdarə Heyətinin üzvləri Ədliyyə Nazirliyinin dövlət qeydiyyatı İdarəsinin rəisi Fazil Məmmədovla görüşüblər. Görüşdə F.Məmmədov bildirib ki, partiyanın qurultayının sənədləri qaydasındadır və qeydiyyat üçün təqdim edilən sənədlərdə hər hansı nöqsan yoxdur. Nazirlik nümayəndəsi KXCP-nin bu ilin sonuna qədər dövlət qeydiyyatına alınacağını deyib.

Qeyd edək ki, bu ilby martında Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti