...

Seçki günü üçün yaddaş kitabçası işıq üzü görüb

Siyasət Materials 25 Sentyabr 2006 16:27 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası 6 oktyabr 2006-cı ilə təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərə həsr olunmuş "Müşahidəçilər üçün yaddaş kitabçası" nəşr etdirib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Yaddaş kitabçası seçicilərin maariflənidirlməsi proqramı çərçivəsində nəşr olunub və müşahidəçilər üçün nəzərdə tutulub. "Müşahidəçilər üçün yaddaş kitabçası" MSK tərəfindən ilk dəfədir ki, hazırlanıb.

Nəşrdə bəzi seçki terminlərinin izahı, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılmasının prinsipləri, müşahidəçilərə qadağan olunan hərəkətlər, mənətəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması və səsvermə qaydası, səslərin hesablanması, yekun protokollarının tərtib edilməsi və s. mövzularla bağlı ətraflı izahlar və məlumatlar verilir.

Qeyd edək ki, "Müşahidəçilər üçün yaddaş kitabçası" Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları, Seçki Məcəlləsinin tətbiq edilməsi barədə müvafiq fərman, eləcə də Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimat, İzah və Qaydalar əsasında hazırlanıb.

Xəbər lenti

Xəbər lenti