...

İran-Azərbaycan Dostluğu Assosiasiyası rəsmi surətdə işə başlayıb

Siyasət Materials 25 Sentyabr 2006 18:30 (UTC +04:00)

İran-Azərbaycan Dostluğu Assosiasiyası bu gün rəsmi surətdə işə başlayıb. Trend Fars News Agency agentliyinə istinadən xəbər verir ki, assosiasiya iki ölkənin münasibətlərinin inkişafında və potensialının istifadəsində müxtəlif məqsədlər güdür.

Assosiasiyanın üzvü Mirqasım Momeni bildirib ki, Azərbaycanın bölgədəki əhəmiyyətini və tarixi və mədəni birliyini nəzərə alaraq, iki ölkə müxtəlif sahələrdə - mədəni, iqtisadi və sosial sahələrdə hər zaman əlaqələri genişləndirməyə səy göstərməlidir. "Yuxarıda adları çəkilən formalar assosiasiyanın təməli və istiqamətidir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti