Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Gəncə şəhərinin elmi və mədəni həyatında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Trend in xəbər verdiyi kimi, Əliyev Fuad Yusif oğluna "Əməkdar elm xadimi", Məmmədov Alim Qəhrəman oğluna "Əməkdar incəsənət xadimi", Şərifov Şərif Hacı oğluna "Əməkdar rəssam", İbrahimov Məmməd Hüseyn oğluna "Əməkdar memar", Məlikova Mina Məmmədəli qızına "Əməkdar mədəniyyət işçisi" fəxri adları verilib.