...

Yaşar Əliyev: Pekində Çin-Azərbaycan dostluq cəmiyyətinin təsis mərasimi keçiriləcək

Siyasət Materials 27 Sentyabr 2006 10:17 (UTC +04:00)
Yaşar Əliyev: Pekində Çin-Azərbaycan dostluq cəmiyyətinin təsis mərasimi keçiriləcək

Oktyabrın 19-da Çin Xalq Respublikasında Çin-Azərbaycan dostluq cəmiyyətinin təsis mərasimi keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev məlumat verib.

Səfir qeyd edib ki, tədbirdə ÇXR-in yüksək vəzifəli şəxsləri iştirak edəcək.

Y.Əliyevin sözlərinə görə, Çin MDB ölkələri arasında yalnız Rusiya ilə bu cür əməkdaşlığa malikdir. Bu siyahıda Azərbaycan ikinci olacaq.

Y.Əliyev onu da bildirib ki, 2006-cı ilin sonunda Azərbaycan hökuməti Çində mədəniyyət mərkəzi açacaq. Artıq bu mərkəzin Çində təsis olunması ilə bağlı rəsmi Pekinin razılığı alınıb. Bu istiqamətdə hazırlıq gedir və lazımi avadanlıq alınıb.

Xəbər lenti

Xəbər lenti