...

Fazil Qəzənfəroğlu: "Milli Məclisin güc strukturları üzərində nəzarət mexanizmi yaradılmalıdır"

Siyasət Materials 27 Sentyabr 2006 15:22 (UTC +04:00)

Milli Məclisin güc strukturları üzərində nəzarət mexanizmi yaradılmalıdır. Trend xəbər verir ki, bu barədə müxalif Böyük Qruluş Partiyasının sədri, Milli Məclisin insan hüquqları məsələləri daimi komissiyasının üzvü Fazil Qəzənfəroğlu bildirib.

Millət vəkili qeyd edib ki, bu, ATƏT-in tələbidir: "Ölkədə baş verən heç bir hadisəyə parlament müdaxilə edə bilmir. Belə bir mexanizm olsa istənilən vaxt, istənilən naziri parlamentə dəvət edib hesabat verməsini təmin etmək olar. Ona görə də Nazirlər Kabineti Milli Məclisdə hesabat verən zaman güc strukturlarının heç biri parlamentə gəlmir. Güc strukturlarının rəhbərləri fəaliyyətləri ilə bağlı parlament qarşısında hesabat verməlidirlər. Bu da onu göstərir ki, ölkədə sanki toxunulmaz və toxunulan hüquqa malik nazirliklər var".

F.Qəzənfəroğlu bildirib ki, müdafiə sisteminin başında mülki şəxsin dayanması, hərbi fəaliyyətin bilavasitə peşəkarlara verilməsi ilə bağlı dövlət tərəfindən addımlar atılmalıdır.

Xəbər lenti

Xəbər lenti