...

Fazil Qəzənfəroğlu: "Müvafiq orqanlar Milli Məclis üzvlərini xidməti silahla təmin etməlidir"

Siyasət Materials 27 Sentyabr 2006 15:57 (UTC +04:00)

Müvafiq orqanlar Milli Məclis üzvlərini xidməti silahla təmin etməlidir. Trend xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu millət vəkillərinin kabinet, xidməti avtomobil və köməkçilərlə təmin olunması məsələlərinə də münasibət bildirib: "Bu gün acınaqlıdır ki, yol polisi 40-50 min ABŞ dollarında maşın sürür, amma millət vəkili şəhər nəqliyyatından istifadə edir. Bu dövlətin polisə və millət vəkilinə olan münasibətinin göstəricisidir. Deyirlər ki, bu məsələlər yanvar ayından həll ediləcək. Hələlik ortada dəqiq söz yoxdur. Dövlət millət vəkilinin statusunu qaldırmalıdır".

Millət vəkili onu da bildirib ki, Oqtay Əsədov spiker seçiləndən sonra bu istiqamətdə müsbət addımlar atılıb: "Məsələn, millət vəkillərinin hər biri hökumət telefonu ilə, otaqla, kompüterlə təmin edilib. Ümid edirəm ki, bu proses davam edəcək".

F.Qəzənfəroğlu qeyd edib ki, üzvü olduğu insan hüquqları məsələləri daimi komissiyası tərəfindən parlamentin payız sessiyasına "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər haqqında, "Vicdan azadlığı haqqında" qanunun layihəsi və QHT-lərlə birgə hazırlanan "Fondlar haqqında" qanun layihəsi təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti