Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM-ın xarici işlər nazirləri şurası GUAM-ın büdcəsini şərti olaraq bəyəniblər. Büdcə təşkilatın fəaliyyətinin ilkin dövründə ildə 500 min dollardan çox təşkil edəcək.
Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Ukrayna xarici işlər naziri Boris Tarasyuk BMT Baş Assambleyasının sessiyasında iştirakı ilə bağlı mətbuat konfransında bildirib. Qeyd edək ki, sessiya çərçivəsində GUAM xarici işlər nazirləri şurasının iclası keçirilib.
Onun sözlərinə görə, büdcə GUAM üzvü olan ölkələrin büdcələri təsdiqləndikdən sonra qüvvəyə minəcək.