...

Azərbaycan və Kuba XİN başçıları iki saziş imzalayacaq

Siyasət Materials 29 Sentyabr 2006 11:23 (UTC +04:00)

Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Kubaya səfəri davam edir. Xarici İşlər Nazirliyinin mətbuat və informasiya idarəsinin rəisi Tahir Tağızadənin Trend ə verdiyi məlumata görə, bu gün nazirin Kubanın iqtisadi əməkdaşlıq xarici investisiyalar naziri xanım Marta Lomasla görüşü gözlənilir.

Daha sonra Kubanın xarici işlər naziri Felippe Peris Roke ilə danışıqlar aparılacaq və hər iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq və diplomatik pasport sahibləri üçün vizasız səfərlər haqqında iki saziş imzalanacaq. Bu gün E.Məmmədyarov Kubada akkreditasiya olunmuş diplomatik idarə rəhbərləri ilə görüşəcək.

Xatırladaq ki, dünən E.Məmmədyarov Kuba Milli Assaambleyasının sədri Rikardo Alarkonla görüşüb, o cümlədən mühəndislik və biotexnologiya mərkəzinə baş çəkib.

Nazirin Kubaya səfəri bu gün başa çatır.

Xəbər lenti

Xəbər lenti