...

Rusiyanın Azərbaycandakı səfiri RF-Gürcüstan münaqişəsinin diplomatik yolla həll olunacağına ümid edir

Siyasət Materials 29 Sentyabr 2006 20:54 (UTC +04:00)

Rusiya və Gürcüstan arasında müharibə real deyil. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün jurnalistlərə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratov bildirib.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstandakı səfirinin Moskvaya geri çağrılması Rusiyanın Tbilisidəki səfirliyinin fəaliyyətinin dayandırılması kimi başa düşülməməlidir.

O, Rusiya və Gürcüstan arasında qalmaqalın olduğunu etiraf edərək bunun diplomatik yolla həll olunacağına ümid etdiyini bildirib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze də Rusiya ilə hərbi əməliyyatların başlanması ehtimalını istisna edib. O qeyd edib ki, hazırda Tbilisidə Rusiya hərbçilərinin saxlanılması ilə bağlı istintaq davam edir. "Vəziyyət kəskinləşir və bu, hər iki ölkə arsında münasibətlərə mənfi təsir göstərir", - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti