...

Zakir Qaralov: Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin özünə xarici vəkil tutması Azərbaycanın "Vəkillər və vəkillik haqqında" Qanununa ziddir

Siyasət Materials 30 Sentyabr 2006 12:22 (UTC +04:00)

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin özünə xarici vəkil tutması Azərbaycanın "Vəkillər və vəkillik haqqında" Qanununa ziddir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib.

"Mən sentybarın 29-da Fərhad Əliyevin vəkillərinin bəyanatlarını eşitdim və çox təəssüf hissi keçirdim. Əvvəla, bildirim ki, Fərhad Əliyevin xarici ölkə vətəndaşı olan vəkili onunla görüşmək üçün bizə müraciət etməyib. Hətta belə bir müraciət olsaydı da biz onu heç cür təmin edə bilməzdik. Çünki bu, Azərbaycan qanuvericiliyinə ziddir. Həmin vəkil əvvəlcə Azərbaycanın Vəkillər Kollegiyası qarşısında imtahan verməlidir və vəkil statusu almalıdır. Sonra vəkil kimi fəaliyyətini qurmalıdır. Fərhad Əliyev özünə istənilən vəkili tuta bilər, lakin qanunvericilik çərçivəsində. Hesab edirəm ki, Fərhad Əliyevin hüquqlarını hazırda üç vəkil qoruyur və xaricdən vəkil gətirməklə istintaqa təzyiq etmək mümkün deyil" - deyə Z.Qaralov qeyd edib.

Xəbər lenti

Xəbər lenti