ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycanda danışıqların uğurlu alınacağına ümid edir. Trend in xəbər vrediyi kimi, bu barədə oktyabrın 2-də Bakıda Azərbaycan XİN-də məsləhətləşmələrdən qabaq ATƏT MQ-nın amerikalı həmsədri Metyu Brayza bəyan edib.
O bildirib ki, həmsədrlər Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların əsas prinsiplərini müzakirə edəcək.
Qeyd edək ki, danışıqlarda amerikalı həmsədrlə yanaşı, Rusiya və fransalı vasitəçilər Yuri Merzlyakov və Bernar Fasye, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir. Vasitəçilər Azərbaycan prezidenti İlham Əliyevlə də görüşmək niyyətindədir.